YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Almaniya Prezidenti: Almaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaq

Almaniya Federativ Respublikasının Prezidenti Yoaxim Qauk Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanlayıb.

Təbrikdə deyilir: “Milli bayramınız - Respublika Günü münasibətilə Sizi və Azərbaycan xalqını səmimi qəlbdən təbrik edirəm. Qafqazda sabitlik Sizin ölkəniz və həmçinin bütün Avropa üçün çox əhəmiyyətlidir. Mən qəti əminəm ki, sülhün qorunması, regional qarşıdurmaların aradan qaldırılması Azərbaycanın və bütövlükdə regionun inkişafını sürətləndirə bilər. Əmin olun ki, Almaniya yalnız Avropada Təhlükəsizlik və Əməkdaşlıq Təşkilatının hazırkı sədri qismində deyil, o cümlədən bir ölkə kimi mövcud münaqişələrin həllinə öz töhfəsini verməyə hazırdır. Həmçinin Sizi əmin edirəm ki, demokratiyanın və hüquqi dövlətçiliyin inkişafında Almaniya Azərbaycanın etibarlı tərəfdaşı olaraq qalacaqdır.”