YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan Prezidenti Məmnun Hüseyn Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Pakistan İslam Respublikasının Prezidenti Məmnun Hüseyn Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə, 28 May - Respublika Günü münasibətilə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Bizim sıx əlaqələrimiz ildən-ilə daha da güclənir. Biz bölgələrimizdə sülh və sabitliklə bağlı maraqlarımızı və fikirlərimizi bölüşürük. Biz mühüm milli məsələlərdə bir-birimizə dəstək olmuşuq və dəstək olmağa davam edəcəyik. Mən əminəm ki, bizim qarşılıqlı mənafelərimiz naminə bütün sahələrdə strateji əməkdaşlığımız daha da möhkəmlənəcək.”