YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatının inkişafına öz töhfəsini verəcək

«“Kənd təsərrüfatı kooperasiyası haqqında” qanun layihəsinin üzərində 2010-cu ildən işlənilir. Artıq sənəd parlamentdə ikinci oxunuşa tam hazırdır». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, qanun layihəsi hazırlanarkən dünya təcrübəsi, əsasən Almaniyanın bu sahədəki fəaliyyəti öyrənilib. Onun sözlərinə görə, kooperasiya sistemi Azərbaycanda kənd təsərrüfatının inkişafına, istehsal olunan məhsulların rəqabət qabiliyyətliliyinin daha da artırılmasına və onların Avropa standartlarına uyğun gəlməsinə öz töhfəsini verəcək.
«Kənd təsərrüfatı kooperativləri dünyanın hər yerində, o cümlədən Avropanın inkişaf etmiş ölkələrində mövcuddur. Kooperasiya məhsul istehsal edən fermerdən tutmuş həmin məhsulun emalı, saxlanması, onun bazara çıxarılaraq satışının təşkilinədək bütün məsələləri özündə ehtiva edən bir sistemdir. Bu isə bir adamın, bir fermerin görəcəyi iş deyil. Tədarükçü, emalçı və istehsalçı - bunların hamısı bir sistemdir»- deyə, komitə sədri vurğulayıb.
 

DİGƏR Xəbərlər Arxiv