YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan və Fələstin hökumətləri arasında Saziş imzalanıb

“Azərbaycan Respublikası hökuməti ilə Fələstin Dövləti hökuməti arasında diplomatik pasportu olan müvafiq vətəndaşların viza tələbindən azad edilməsi haqqında Saziş” imzalanıb.

Azərbaycan Respublikası Xarici İşlər Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, sənəd xarici işlər nazirinin müavini Araz Əzimovun Fələstin Dövlətinə səfəri çərçivəsində imzalanıb.

Səfər zamanı A.Əzimov Fələstin Dövlətinin Baş naziri Rami Hamdallah, Fələstin Azadlıq Təşkilatının baş katibi Saeb Erekat və xarici işlər nazirinin müavini Tayser Caradat ilə görüşlər keçirib.

Görüşlərdə iki ölkə arasında əməkdaşlığın aktual məsələləri, eləcə də Yaxın Şərq və Cənubi Qafqazda regional məsələlər ətrafında fikir mübadiləsi aparılıb.