YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan-Azərbaycan münaqişəsinə dair Vyana görüşünün nəticələri Fransada müzakirə edilib

Azərbaycanın xarici işlər naziri Elmar Məmmədyarov Fransaya işgüzar səfəri çərçivəsində mayın 19-da bu ölkənin xarici işlər və beynəlxalq inkişaf naziri Jan-Mark Eyro ilə görüşüb.

Söhbət zamanı tərəflər Ermənistan-Azərbaycan, Dağlıq Qarabağ münaqişəsi ilə bağlı Vyanada keçirilmiş yüksək səviyyəli görüşün nəticələri haqqında geniş fikir mübadiləsi aparıblar. Nazirlər atəşkəs rejiminə əməl edilməsinə dair razılığa hörmət edilməsinin, habelə münaqişənin siyasi həllinə nail olunması məqsədilə danışıqlar prosesinin tam bərpa olunmasının əhəmiyyətini qeyd ediblər. Nazir Elmar Məmmədyarov Fransa tərəfinin Vyanada prinsip etibarilə razılaşdırılmış ən qısa zamanda Azərbaycan və Ermənistan prezidentlərinin növbəti görüşünü təşkil etməyə hazır olmasını alqışlayıb.

Tərəflər, həmçinin Azərbaycan və Fransa arasında ikitərəfli əlaqələrin gündəliyində olan digər məsələləri müzakirə ediblər.

Fransalı nazir həmkarının Azərbaycana rəsmi səfər etmək dəvətini məmnuniyyətlə qəbul edib.