YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azay Quliyev: Danışıqlar pozularsa, məsuliyyət Ermənistanın üzərində qalacaq

«Vyana görüşünə Həm Azərbaycan, həm də Ermənistan tərəfi konkret təkliflərlə getmişdi». Bu fikri ATƏT PA-nın Büro üzvü, Milli Məclisin deputatı Azay Quliyev deyib.

A.Quliyev bildirib ki, Ermənistanın istəyi odur ki, atəşkəs möhkəmlənsin, təmas xəttində baş verəcək  insidentlər araşdırılsın, güc tətbiq etməməklə bağlı öhdəlik götürülsün. Onun sözlərinə görə, aprel döyüşlərinin nəticələrinin diqtəsi ilə  keçirilən Vyana görüşünə Azərbaycan daha güclü və daha qətiyyətli  tərəf kimi  qatılmışdı.

«Hamı ölkəmizdən məsələni sülh yolu ilə həll etməyi xahiş edirdi. Azərbaycanın isə konkret mövqeyi ondan ibarət idi ki,  danışıqlar imitasiyaya xarakterli yox, konkret nəticələrə söykənən danışıqlar olmalı, yenilənmiş Madrid prinsipləri əsasında münaqişəsinin  mərhələli  həlli istiqamətində konkret addımlar atılmalı və böyük sülh sazişinin hazırlanmasına  başlanılmalıdır. Bizim üçün daha önəmli və daha ciddi prinsipial məsələlər oldu. Belə ki, ilk dəfə  Azərbaycan tərəfi konkret olaraq Ermənistana iyuna qədər düşünmək üçün vaxt verdi. Bu barədə həm həmsədrlər,  həm də xüsusilə Rusiya Xarici işlər naziri Lavrov açıq bəyanatla çıxış etdi. Əgər Ermənistan  doğrudan da sülh istəyirsə, təmas xəttində insidentin olmasını istəmirsə  konkret konstruktivlik nümayiş etdirməli və təklif olunan həll palnını qəbul etməlidir. Əks halda danışıqların pozulmasının məsuliyyəti Ermənistanın üzərində qalacaq. Hesab edirəm ki, bu Vyana görüşünün əsas nəticələrindən biridir» - deyə, A.Quliyev qeyd edib.