YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Belarusun kənd təsərrüfatı və universal texnika istehsalçıları “Caspian Agro 2016” sərgisində iştirak edəcəklər

Mayın 19-21-də Bakıda keçiriləcək X Azərbaycan Beynəlxalq Kənd Təsərrüfatı sərgisində Belarusun Azərbaycanda və dünyanın başqa ölkələrində yaxşı tanınan ən iri kənd təsərrüfatı və universal texnika istehsalçıları iştirak edəcəklər.

Belarusun Azərbaycandakı səfirliyindən bildiriblər ki, Belarus şirkətləri Azərbaycanın aqrar sektorunun ehtiyaclarına cavab verən məhsullarının modellərini təqdim edəcəklər. “Qomselmaş” ASC XMP pambıqyığan maşınını və məxsusi olaraq Azərbaycan şəraitində istismar üçün işlənib hazırlanmış modifikasiya olunmuş KZS-575 taxılyığan maşınını, “Minsk traktor zavodu” ASC məxsusi olaraq pambıqyığan təsərrüfatlar üçün MTZ-82X traktorunu təqdim edəcək.

Sərgiyə gələnlər “Bobruyskaqromaş” ASC–nin stendində yemyığan texnika, PT-165 tayçeşidləyici press, habelə MTZ traktorları üçün qoşqu ilə tanış ola bilərlər. “Amkodor” ASC “AMKODOR-211” universal malyükləyənin nümunəsini təqdim edəcək.

Sərgidə Belarusun “Minsk Kristal” ASC və “Neman” Qrodno tütün fabriki” ASC kimi brend müəssisələri də təmsil olunacaq. Onlar sərgiyə gələnləri geniş çeşiddə məhsulları ilə tanış edəcəklər.

Belarus nümayəndə heyətinə ölkənin Baş naziri Mixail Rusıy başçılıq edəcək.