YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Silahlı Qüvvələrin Baş Qərargah rəisi NATO-nun mənzil qərargahında keçirilən görüşlərdə iştirak edib

Mayın 18-də müdafiə nazirinin birinci müavini – Silahlı Qüvvələrin Baş Qərargah rəisi general-polkovnik Nəcməddin Sadıkov Belçikanın paytaxtı Brüsseldə, NATO-nun mənzil qərargahında NATO-nun Hərbi Komitəsinin “Qətiyyətli dəstək” və “Uyarlılıq platforması” formatlarında Baş Qərargah rəisləri səviyyəsində keçirilən görüşlərdə iştirak edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, görüşlərdə NATO-nun Əfqanıstandakı “Qətiyyətli dəstək” missiyasının gedişi və əməliyyat şəraitindəki dəyişikliklər, o cümlədən “Uyarlılıq platforması” çərçivəsində tərəfdaşlar ilə uyarlılığın artırılması, fərdi uyğunlaşdırılmış yol xəritəsinin tətbiqi, resursların səmərəli idarə edilməsi və hərbi əməkdaşlıqla bağlı digər məsələlər müzakirə olunub.

N.Sadıkov səfər çərçivəsində NATO-nun Hərbi Komitəsinin sədri general Petr Pavel, o cümlədən Türkiyə, Gürcüstan və Ukrayna Silahlı Qüvvələrinin Baş Qərargah rəisləri ilə görüşlər keçirib.