YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Heydər Əliyev Fondu Ümummilli liderimizin siyasi xəttinə sadiq qalaraq humanist addımlarını davam etdirir

«28 May Respublika Günü münasibəti ilə Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı Mehriban xanım Əliyeva qanunvericilik təşəbbüsü ilə çıxış edərək  Milli Məclisə amnistiya elan olunması haqqında müraciət edib. Amnistiya haqqında qərar layihəsi parlamentə təqdim olunub. Bununla əlaqədar olaraq, Mehriban xanım Əliyevaya  təşəkkürümüzü bildiririk ki, mütəmadi olaraq belə humanist addımlar atır». Bu fikirləri yap.org.az saytına YAP İcra katibinin müavini, Milli Məclisin İctimai birliklər və dini qurumlar komitəsinin sədri Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki,  Heydər Əliyev Fondunun yarandığı vaxtdan həyata keçirdiyi çoxşaxəli fəaliyyətlərindən biri  də humanist addımların atılmasıdır. «Biz şahidi oluruq ki, cəmiyyətin müxtəlif təbəqələrinin nümayəndələri müəyyən məsələlərə əlaqədar Heydər Əliyev Fonduna müraciət edirlər. Bu müraciətlər ən müxtəlif məsələlri əhatə edir. Məsələn, urək çatışmazlığı olan uşaqların, ağır xəstələrin ölkəmizdə və xaricdə müalicəsinin təmin olunması yönündə Fond ciddi addımlar atır. Eləcə də, Heydər Əliyev Fondunun  Azərbaycan mədəniyyətinin dünyada tanıdılması, xaricdə təhsil alan gənclərimizin problemlərinin həlli yönündə reallaşdırdığı layihələr böyük əhəmiyyət kəsb edir. Bütövlükdə Fond tərəfindən bir çox humanitar layihələr reallaşdırılır ki, bu da cəmiyyətimiz tərəfindən yüksək qarşılanır»- deyən S.Novruzov qeyd edib ki, Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyevavnın amnistiya elan olunması  ilə bağlı müraciətləri də Milli Məclis tərəfindən yüksək qiymətləndirilir. Millət vəkilinin sözlərinə görə, bu məsələ mayın 20-də parlamentdə müzakirə olunacaq və qərarın yekdilliklə qəbul olunacağı şübhəsizdir: «Bu amnistiya aktı da Heydər Əliyev Fonduna ünvanlanmış çoxsaylı müraciətlərin nəticəsidir».    

S.Novruzov deyib ki, hazırki amnistiya aktı Heydər Əliyev Fondunun prezidenti Mehriban xanım Əliyeva tərəfindən irəli sürülən 4-cü amnistiya aktıdır: «Ümumiyyətlə, Azərbaycan müstəqilliyini bərpa etdiyi 18 oktyabr 1991-ci ildən bu yana Ümummilli lider Heydər Əliyev hakimiyyətə qayıdana qədər  ölkəmizdə hər hansı amnistiya və əfv haqqında qərar və sərəncam olmayıb. Məhz Ümummilli liderin hakimiyyətə qayıdışından sonra 1996-cı ildən başlayaraq  amnistiya haqqında qərarlar qəbul olunub. Mehriban xanım Əliyevanın təqdim etdiyi indiki amnistiya haqqında müraciətə qədər Azərbaycanda bu yöndə 10 qərar qəbul olunub. 7 amnistiya aktı Ümumilli lider Heydər Əliyev tərəfindən müxtəlif vaxtlarda Milli Məclisə təqdim olunub. Belə ki, Ulu öndərimizin müraciəti əsasında Milli Məclis 22 may 1996-cı il, 17 oktyabr 1997-ci il, 12 may 1998-ci il, 29 dekabr 1998-ci il, 10 dekabr 1999-cu il, 1 fevral 2001-ci  il və  6 may 2003-cü il tarixlərində amnistiya aktları qəbul edib. 

3 amnistiya aktının təşəbbüskarı isə məhz Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevadır. Belə ki, Mehriban xanımın təşəbbüsü ilə Milli Məclis tərəfindən 8 may 2007-ci ildə qəbul olunmuş qərarla 9877 məhkum barəsində,  17 mart 2009-cu il tarixli qərarla 9564 məhkum barəsində amnistiya tətbiq edilib. 7 may 2013-cü il tarixli qərar 9000 şəxsə şamil edilmiş, o cümlədən 2 mindən artıq məhkum azadlıqdan məhrumetmə yerlərindən azad edilib.    Fond tərəfindən təqdim edilən indiki amnistiya aktının 10 min nəfərə şamil ediləcəyi, o cümlədən 3500 nəfərin azadlıqdan məhrumetmə cəzasından azad ediləcəyi gözlənilir. Nəticə etibarilə Mehriban xanım Əliyevanın  təşəbbüsü ilə qəbul olunan amnistiya aktlarının şamil olunma dərəcəsi 40 min nəfərdən çox olacaq. Bütövlükdə isə ölkəmizdə qəbul olunmuş  amnistiya aktlarının əhatə dairəsi 110 min insanı əhatə edir. Bununla yanaşı, olaraq həm Ulu öndər Heydər Əliyev, həm də Prezident İlham Əliyev tərəfindən milli və dövlət bayramları ərəfəsində yüzlərlə insan 20-dən artıq sərəncam imzalanıb. Bu sərəncamlar nəticəsində məhkum olunmuş insanlar cəzalarının çəkilməyən hissəsindən azad edilərək ailələrinə qovuşublar. Bax, budur Heydər Əliyev siyasətinin nəticəsi».

YAP İcra katibinin müavini qeyd edib ki, AXC-Müsavat cütlüyünün bir illik hakimiyyəti dövründə isə qeyri-qanuni olaraq, amnistiya aktı olmadan ən ağır cinayət törətmiş şəxslər, residivistlər, cəbhədə döyüşmək adı alıtnda həbsdən azadlığa buraxıldılar: «Onların az bir hissəi cəbhəyə getdi. Qalanları isə öz cinayət əməllərini davam etdirdilər. Ulu öndər Heydər Əliyev hakimiyyətə   gəldikdən sonra ölüm hökmünə moratorium qoyuldu və sonradan bu hökm ləğv olundu. Amma iki ay müddətində prezident səlahiyyətlərini həyata keçirən İsa Qəmbər şəxsi qərəzçiliyin nəticəsində 7 nəfərin ölüm hökmünə imza atdı. Hansı ki, o seçkilərin nəticəsini gözləyə bilərdi ki, seçilən prezident özü qərar qəbul etsin».

«Yəni humanizm insanın qəlbində olmalıdır»- deyən S.Novruzov bildirib ki, Ulu öndər Heydər Əliyevin siyasi xətti Prezidentimiz tərəfindən uğurla davam etdirilir. Onun sözlərinə görə, Heydər Əliyev Fondu da bu xəttə sadiq qalaraq bütün humanist addımları atır: «Nəticə isə  göz qarşısındadır.  Heydər Əliyev Fondunun prezidenti, Milli Məclisin deputatı  Mehriban xanım Əliyevanın Milli Məclisə indiki  müraciəti  bunu təsdiqləyir. Qeyd olunduğu kimi 10 min insanın  3500 nəfəri azadlıqdan məhrumetmə yerlərindən birbaşa azad olunacaq. Eyni zamanda,  digərlərinə başlanmış cinayət işlərinə xitam veriləcək. Təqdim olunmuş amnistiya aktına əsasən böyük ictimai təhlükə törətməyən cinayətlərə görə məhkum edilmiş bütün şəxslər, bir sıra az ağır cinayətlərə görə məhkum edilmiş qadınlar, cinayət törədərkən 18 yaşına çatmayanlar, əlillər, 60 yaşına çatmış kişilər, öhdəsində yetkinlik yaşına çatmayan, yaxud birinci və ikinci qrup əlil övladı olanlar, Azərbaycan Respublikasının suverenliyinin və ərazi bütövlüyünün qorunması uğrunda döyüşlərdə iştirak etmiş, Azərbaycan ərazisinin bir hissəsinin işğalı nəticəsində öz doğma torpaqlarından məcburi köçürülmüş və bəzi digər kateqoriyalardan olan şəxslər azadlıqdan məhrum etmə cəzasından azad ediləcək. Buraya Ermənistandan deportasiya olunmuş, Çernobıl qəzasının aradan qaldırılmasında iştirak etmiş, 20 Yanvar faciəsində və Xocalı soyqırımında əlil olumuş və şəhid olmuş şəxslərin yaxın qohumları, Azərbaycan Respublikasının, habğelə keçmiş SSRİ-nin Silahlı Qüvvələri tərkibində beynəlmiləl borcunu yeriən yetirmiş şəxslər, müxtəlif orben və medallarla təlfti olunmuş şəxslər də daxildir. Göründüyü kimi növbəti amnistiya aktı da çox humanist bir addımdır. Şübhəsiz ki, biz gələcəkdə də belə humansit addımların şahidi olacağıq».