YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Elman Nəsirov: Prezidentlər arasındakı növbəti görüş daha əhəmiyyətli olacaq

«Prezidentlərin Vyana görüşü münaqişənin sülh yolu ilə həlli imkanlarının artdığını göstərdi». Bu fikri Milli Məclisin deputatı, politoloq Elman Nəsirov deyib.

E.Nəsirov bildirib ki, aprel döyüşləri Ermənistanın köhnə ampulasında qalacağı halda irimiqyaslı müharibənin yenidən başlanacağını istisna etmir. Onun sözlərinə görə, Ermənistan aprel döyüşlərindən nəticə çıxarmalı və konstruktiv mövqe nümayiş etdirməli, münaqişənin həlli üçün real addımlar atmalıdır”.

«Vyana görüşü prezidentlər arasında baş tutacaq növbəti görüşlər üçün zəmindir. Vyana görüşünün nəticəsi olaraq iyun ayında prezidentlər səviyyəsində keçiriləcək görüşün vaxtı və məkanı müəyyənləşəcək. Bununla bağlı Rusiyanın xarici işlər naziri Sergey Lavrov bildirib ki, iyun ayında müəyyənləşdiriləcək görüşdə münaqişənin həlli üçün yekun razılaşmanın əldə olunması istiqamətində addımlar atılacaq. Düşünürəm ki, prezidentlər arasındakı növbəti görüş daha əhəmiyyətli olacaq»- deyə, E.Nəsirov qeyd edib.

DİGƏR Xəbərlər Arxiv