YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Müdafiə Nazirliyi: Azərbaycan Silahlı Qüvvələri 2 min hektardan artıq ərazini işğaldan azad edib

Ermənistan Respublikasının rəhbərliyi işğal olunmuş ərazilərdə aprelin əvvəllərində Azərbaycana qarşı silahlı təxribat törətdiklərini və bunun nəticəsində qoşunların təmas xəttinin əhəmiyyətli dərəcədə dəyişildiyini nəhayət ki, rəsmi təsdiq edib.

Müdafiə Nazirliyinin mətbuat xidmətindən bildiriblər ki, düşmən hücumlarının qarşısının alınması və əks-həmlə əməliyyatları zamanı Azərbaycan Silahlı Qüvvələri Ağdərə, Füzuli və Cəbrayıl rayonlarının ərazisində vacib yüksəklikləri və strateji əhəmiyyətli əraziləri işğaldan azad edib.

“Ermənistan tərəfinin rəsmi açıqlamalarında guya cəmi 800 hektar ərazini itirdikləri bildirilsə də, tərəfimizdən azad edilən ərazilərin sahəsinin qəsdən azaldılması açıq-aydın görünür. Həqiqətdə isə Silahlı Qüvvələrimiz tərəfindən 2 min hektardan artıq ərazi azad edilib və daha çox ərazi əməliyyat baxımından nəzarətimiz altına keçib.

Ermənistan tərəfindən fərqli olaraq, Azərbaycanın Silahlı Qüvvələri qoşunların təmas xəttində vəziyyətin gərginləşdirilməsi istiqamətində heç bir addım atmır, yalnız adekvat tədbirlər görməyə məcbur qalır. Düşmən tərəfinin bundan sonra da heç bir təxribatı cavabsız qalmayacaq. Aprelin əvvəllərində keçirilən əməliyyatlarda hər iki tərəfin itkiləri barədə Ermənistanın yaydığı rəqəmlər həqiqəti əks etdirmir. Əslində Ermənistan silahlı qüvvələrinin itkiləri Azərbaycanın itkilərindən təqribən on qat artıqdır”, - deyə Müdafiə Nazirliyinin məlumatında bildirilib.