YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda Azərbaycan-Avropa İttifaqı biznes forumu keçirilir

Mayın 18-də Bakıda II Avropa İttifaqı-Azərbaycan biznes forumu işinə başlayıb.

“ADA” Universitetinin rektoru Hafiz Paşayev çıxışında qeyd edib ki, bugünkü biznes forum nəticəsində bir çox biznes layihələr reallaşdırılacaq. Forumda iştirak edən şirkətlər bir-biri ilə işgüzar əlaqələr quracaq. Avropa İttifaqı (Aİ) ilə “ADA” Universiteti bir sıra birgə proqramlar həyata keçirir. Bu biznes forumu əhatə edən proqram daha iki il davam edəcək. Biz istərdik ki, birgə tədqiqat magistr proqramı da reallaşdıraq.

İqtisadiyyat naziri Şahin Mustafayev qeyd edib ki, Avropa İttifaqı Azərbaycanda əsas kapitala 20 milyard dollar investisiya yatırıb. Bildirilib ki, Avropa İttifaqı Azərbaycanın əsas xarici ticarət tərəfdaşıdır. 2015-ci ildə xarici ticarət dövriyyəsində Avropa İttifaqının payı 47,5 faiz olduğu halda, bu ilin birinci rübündə bu rəqəm artıq 43 faizdir.

Avropa İttifaqı Azərbaycanda əsas kapitala 20 milyard dollar investisiya yatırıb. Bunun 2,7 milyard dolları qeyri-neft sektoruna aiddir.

"Biz çalışırıq ki, iqtisadiyyatın inkişafını qeyri-neft sektoruna yönəldək. "Cənub qaz dəhlizi" Aİ-nin əsas infrastruktur layihələrindən biridir. Ölkə iqtisadiyyatında son 10 ildə neft sektorunun payı 60 faizdən 30 faizə düşüb. Özəl sektorun payı isə 80 faizi ötüb", - deyə Ş.Mustafayev vurğulayıb.

Aİ-nin Azərbaycandakı nümayəndəliyinin rəhbəri Malena Mard Azərbaycanda iqtisadi islahatların aparıldığını qeyd edib. “Ölkədə iqtisadiyyatın çoxşaxəli inkişafı istiqamətində göstərilən cəhdlər artırılır. Bu isə Avropa şirkətlərinə Azərbaycanla əməkdaşlıq üçün daha çox imkan yaradır. Avropa İttifaqı Azərbaycanın ən böyük iqtisadi tərəfdaşıdır, Azərbaycana birbaşa investisiyaların ən böyük hissəsini təmin edir. Avropa İttifaqı islahatların aparılması istiqamətində hökumətin göstərdiyi cəhdləri dəstəkləməyə hazırdır. Ümid edirəm ki, bugünkü tədbir şirkətlər arasında şəbəkələşməni və əlaqələri çoxaldacaq. Bu da öz növbəsində, ticarət və iqtisadi fəaliyyəti daha da artıracaq”, - deyə Malena Mard bildirib.

Tədbir “Kənd təsərrüfatı və qida sektoru”, “Nəqliyyat və logistika sektorunda imkanlar” və “Turizm sektorunda imkanlar” mövzularında panel iclaslarla işini davam etdirir.

 

DİGƏR Xəbərlər Arxiv