YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Roma Papası Fransisk Azərbaycan Prezidenti İlham Əliyevə təbrik ünvanladı

Roma Papası Fransisk Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə təbrik ünvanladı.

Təbrikdə deyilir: “Azərbaycanın milli bayramı – 28 May Respublika Günü münasibətilə Sizə və xalqınıza səmimi təbriklərimi çatdırmaqdan məmnunam. Qadir Allah ölkənizin hər bir vətəndaşının xoşbəxtlik və sülh içərisində yaşamasına yönəlmiş səylərinizin həyata keçməsinə kömək etsin. Uca Yaradandan Zati-alinizə və bütün Azərbaycan xalqına bol-bol xeyir-dua diləyirəm.”