YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Avropa İnvestisiya Bankı “Petkim”ə 80 milyon dollar kredit ayıracaq

Avropa İnvestisiya Bankı (EIB) SOCAR-ın Türkiyədəki ən böyük aktivi “Petkim PetroKimya Holding A.Ş.”yə 80 milyon dollar kredit ayıracaq.

Avropa İnvestisiya Bankından edilən şərhdə həmin kreditin Petkim limanının tutumunun beynəlxalq konteyner terminalına çevrilməsinə yönəldiləcəyi qeyd edilib.

Bildirilir ki, bankın yüksək səviyyəli nümayəndə heyəti İstanbula iki günlük səfərdədir. Nümayəndə heyəti Türkiyədəki müxtəlif şirkətlər və banklarla ümumi dəyəri 800 milyon avrodan çox 7 yeni kredit müqaviləsi imzalamağı planlaşdırır.

Qeyd edək ki, “Petkim PetroKimya Holding A.Ş.”nin səhmlərinin 61,32 faizi SOCAR-a məxsusdur. SOCAR 2012-ci il mayın 30-dan etibarən Türkiyədəki fəaliyyətini “SOCAR Turkey Enerji A.Ş.” (STEAŞ) adı ilə davam etdirir. “Petkim PetroKimya Holding A.Ş.” isə qardaş ölkənin yeganə xammal istehsalçısıdır. Holdinq 2015-ci ili 639,2 milyon türk lirəsi xalis mənfəətlə tamamlayıb.

 

DİGƏR Xəbərlər Arxiv