YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Siyavuş Novruzov: Qələbə qazanmaq üçün kifayət qədər gücümüz var

90 saylı Ağdaş seçki dairəsi üzrə Milli Məclisə təkrar seçkilərdə Yeni Azərbaycan Partiyasından partiyanın Ağdaş rayon təşkilatının sədri Cavid Osmanovun namizədliyi irəli sürülüb.

Bunu Trend-ə YAP İcra katibinin müavini, Milli Məclisin deputatı Siyavuş Novruzov deyib.

S.Novruzov bildirib ki, işlər qanuna uyğun şəkildə davam etdirilir: "Bütün sənədlər dairə seçki komissiyasına təqdim olunub. Dairə seçki komissiyası sənədlərə baxıb imza vərəqələri verməlidir. İmza vərəqələri verilən kimi 10 nəfər müəyyən edilmiş şəxs imza toplamağa başlayacaq və onlar qısa müddətdə imzalar toplanacaq. Sonra imza vərəqələri namizədliyin qeydə alınması üçün digər zəruri sənədlərlə birlikdə dairə seçki komissiyasına təqdim ediləcək".

S.Novruzov bildirib ki, partiyanın beş nəfər səlahiyyətli nümayəndəsi təyin olunub, həmçinin Mərkəzi Seçki Komissiyasına müşahidəçi təqdim edilib.

S.Novruzov YAP-ın namizədinin təkrar seçkilərdə qələbə qazanacağına əminliyini bildirib: "Ağdaşda bizim 16 minə yaxın partiya üzvümüz var. Bu baxımdan onların tərəfdarları ilə birgə bizim kifayət qədər gücümüz var ki, bu seçkilərdə qalib gələk. Digər tərəfdən, Yeni Azərbaycan Partiyasının ölkədə apardığı məqsədyönlü siyasət bu məsələlərə dəstək olacaq və bizim namizəd qələbə qazanacaq".