YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məlahət İbrahimqızı: Heydər Əliyev siyasəti nəticəsində Azərbaycan daim uğurlar qazanır

«Tarixi şəxsiyyət o zaman dahi öndər, lider olur ki, o, özünün atdığı imza ilə xalqının adından imza atmış olsun”. Ulu öndər Heydər Əliyevin polad iradəsi və qətiyyəti, xalqın tərəqqisi yolunda yorulmaz xidməti, fədakar əməyi sayəsində müasir Azərbaycanın bünövrəsi qoyulub». Bu fikirləri YAP Siyasi Şurasının üzvü, Milli Məclisin deputatı Məlahət İbrahimqızı deyib.

M.İbrahimqızı bildirib ki, məhz Ulu öndər Heydər Əliyevin müəyyənləşdirdiyi  inkişaf strategiyası nəticəsində Azərbaycan dünyanın siyasi xəritəsində geostrateji mövqeyini möhkəmləndirə bilib, zaman-zaman qlobal məkanda gedən proseslərin istiqamətverici subyektinə çevrilməyə nail olub. Onun sözlərinə görə, Heydər Əliyev təkcə müstəqilliyin əldə olunmasını əsas şərt hesab etmirdi.

«Ulu öndərin atdığı ilk imza Azərbaycanın üçrəngli bayrağının dövlət bayrağı kimi Naxçıvan Muxtar Respublikası Ali Məclisində qəbul edilməsidir. Heydər Əliyev Azərbaycanın dünya birliyində tanıdılması, müstəqil dövlətlər arasında olmasını şərtləndirən atributların hüquqi status alması üçün çalışırdı. Bölgənin sabitliyini, inkişafını, təhlükəsizliyini düşünərək o, 1994-cü ildə atəşkəs sazişinə imza atdı, sonra “Əsrin Müqaviləsi”ni imzaladı. Bir sözlə, Ulu öndərimiz müstəqil Azərbaycanı qurmaqla, bu dövləti inkişaf və tərəqqi yoluna çıxardı. Hazırda Prezident İlham Əliyev tərəfindən Heydər Əliyev siyasəti uğurla davam etdirilir. Bu siyasət nəticəsində Azərbaycan daim uğurlar qazanır»- deyə, M.İbrahimqızı vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv