YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zemfira Meftahəddinova: Bu, ölkəmizin idman həyatında çox mühüm və yaddaqalan hadisədir

Çoxlu insanın iştirakı ilə bu cür irimiqyaslı tədbirin keçirilməsi ölkənin idman həyatında çox mühüm və yaddaqalan hadisədir.

Bu fikri stend atıcılığı üzrə Olimpiya çempionu, dünya və Avropa çempionu Zemfira Meftahəddinova mayın 1-də təşkil edilən “Bakı marafonu -2016” ilə əlaqədar səsləndirib.

İdmançının sözlərinə görə, xüsusən gənclər arasında sağlam həyat tərzini və idmanı təbliğ etməyin ən gözəl vasitəsidir.

O deyib: “Gənclər yarımmarafonda iştirak etmək arzusunda olduqlarını bildirməklə, heç şübhəsiz, düzgün seçim ediblər. Bu gün ölkəmiz üçün əsl bayramdır”.

Qeyd edək ki, Z.Meftahəddinova yarımmarafona start verib.