YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Prezident İlham Əliyev: Azərbaycanda sosial məsələlər uğurla həll olunur

“Azərbaycanda sosial məsələlər uğurla həll olunur. Sosial məsələlərin həllində səhiyyə, əlbəttə ki, ön plandadır. Son illər ərzində Azərbaycanda 500-dən çox xəstəxana, tibb ocağı tikilib və ya əsaslı şəkildə təmir edilib. İnsanlara gözəl xidmət göstərmək üçün bütün imkanlar var. Bir neçə ildir ki, mənim göstərişimlə ölkə üzrə dispanserləşdirmə aparılır, insanların müayinədən keçməsi işləri lazımi səviyyədə görülür. Bu il 5 milyona yaxın insan müayinədən keçibdir və mənə verilən məlumata görə, onların 91 faizi tam sağlamdır. Səkkiz faiz isə ambulator müalicə ilə təmin edilibdir. O cümlədən Ağsu rayonunda 50 mindən çox insan pulsuz müayinədən keçibdir. Bu, əlbəttə ki, bir daha Azərbaycanın sosial siyasətini göstərir. Çünki insanların sağlamlığı ən vacib məsələdir. İnsanların sağlamlığı üçün, əlbəttə ki, vaxtında müayinədən, diaqnostikadan keçmək, analizləri vermək lazımdır. Əgər hər hansı bir xəstəlik aşkar olunarsa, çox gözəl tibbi xidmət göstərilməlidir. Biz bu məsələlərə kompleks şəkildə yanaşırıq və bu gün Azərbaycanın demək olar ki, bütün bölgələrində, rayonlarımızın mütləq əksəriyyətində ən müasir standartlara cavab verən xəstəxanalar var. Əlbəttə, yaxın bir-iki il ərzində elə bir rayon qalmayacaq ki, orada müasir tibb ocağı olmasın.” Bu fikirləri Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 29-da Ağsu Rayon Mərkəzi Xəstəxanasının yeni binasının açılışında Ağsu Rayon Mərkəzi Xəstəxanasının kollektivi və rayon ictimaiyyətinin nümayəndələri ilə görüşündə səsləndirib.

“Sosial məsələlərin həllinə gəldikdə, bilirsiniz ki, Azərbaycan dövləti bu məsələləri daim diqqət mərkəzində saxlayır. Baxmayaraq ki, dünyada iqtisadi, maliyyə böhranı yaşanır, neftin qiyməti 4 dəfə aşağı düşübdür, bu il Azərbaycanda maaşlar və pensiyalar 10 faiz artırılıbdır. Sosial məsələlərin həlli üçün insanların sağlamlığını şərtləndirən su layihələri icra olunur”, - deyə, Prezident İlham Əliyev bildirib.

DİGƏR Xəbərlər Arxiv