YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin birinci rübündə ölkədə 2045 müəssisə və təşkilat yaradılıb

Bu ilin yanvar-mart aylarında ölkədə 2 min 45 müəssisə və təşkilat  yaradılıb və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 19,3 faiz artıb. Bu barədə Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, yeni müəssisə və təşkilatların 61,3 faizi Bakıda, 11,8 faizi Aran, 7,7 faizi Abşeron, 5,3 faizi Quba-Xaçmaz, 5,0 faizi Lənkəran, 4,5 faizi Gəncə-Qazax iqtisadi rayonlarında, qalanları isə digər bölgələrdə qeydiyyatdan keçib.

Bundan əlavə, həmin dövr ərzində fərdi sahibkarlıqla məşğul olmaq üçün ölkənin vergi orqanlarında 26 min 437 fiziki şəxs qeydiyyatdan keçib və onların sayı keçən ilin müvafiq dövrünə nisbətən 44,6 faiz artıb.

Fərdi sahibkarlar daha çox Bakıda, Aran, Gəncə-Qazax, Lənkəran, Abşeron, Şəki-Zaqatala və Quba-Xaçmaz iqtisadi rayonlarında qeydiyyata alınıb.

DİGƏR Xəbərlər Arxiv