YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Zahid Oruc: Görünən odur ki, işğalçı Ermənistan təxribatçı əməllərindən əl çəkmək niyyətində deyil

«Cəbhə xəttində son günlər baş verənlər hər bir vətəndaşı narahat edir. Görünən odur ki, işğalçı Ermənistan təxribatçı əməllərindən əl çəkmək niyyətində deyil». Bu fikirləri  Milli Məclisin Müdafiə, təhlükəsizlik və korrupsiya ilə mübarizə komitəsinin üzvü Zahid Oruc deyib.

Z.Oruc bildirib ki, cəbhədə baş verənlərin ağırlığı hər kəsin üzərinə düşür. Onun sözlərinə görəç, işğalçı dövlət cəbhə bölgəsində yaşayan insanları hədəfə alıb.

«Ermənistan hakmiyyəti öz məqsəinə nail ola bilməyəcək. Ordumuz tutarlı cavab tədbirləri ilə işğalçılar böyük itkiyə məruz qalırlar. Hazırda Dağlıq Qarabağda yaşayanlar insanlar oradan qaçırlar. Ermənistan demoqrafik cəhətdən məhv olur, çünki onun əhalisi sürətlə azalır. Ermənistan işğalçılıq siyasətindən əl çəkmədikcə, daxili böhranı daha da dərinləşir»- deyə, Z.Oruc qeyd edib.