YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondu ilə San Patrignano Cəmiyyəti arasında əməkdaşlıq imkanları müzakirə edilib

Aprelin 27-də Azərbaycanın birinci xanımı, Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak edən San Patrignano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Moratti ilə görüşüb.

Heydər Əliyev Fondunun prezidenti Mehriban Əliyeva San Patrignano Cəmiyyətinin qurucusu və nümayəndəsi Letizia Morattini BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda görməkdən şad olduğunu dedi, bu Forumun beynəlxalq əməkdaşlığın genişləndirilməsi baxımından xüsusi əhəmiyyət daşıdığını vurğuladı.

Görüşdə Heydər Əliyev Fondu ilə San Patrignano Cəmiyyəti arasında əməkdaşlıq imkanları, o cümlədən tarixi abidələrin qorunması və bərpası, inklüziv cəmiyyətlərdə birgəyaşayış, sosial sahədə layihələr ilə bağlı məsələlər müzakirə olunub.