YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycan Prezidenti İlham Əliyev Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya nazirini qəbul edib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev aprelin 27-də Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifini qəbul edib.

Səudiyyə Ərəbistanı Krallığının mədəniyyət və informasiya naziri Adel bin Zaid Əl Toraifi İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarını və ən xoş arzularını dövlətimizin başçısına çatdırdı. O, Kral Salman bin Əbdüləziz Əl Səudun tapşırığı ilə BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda iştirak etməsindən məmnun olduğunu dedi.

Prezident İlham Əliyev Səudiyyə Ərəbistanına bir il bundan əvvəlki rəsmi səfərini və səfər zamanı Kral Salman bin Əbdüləziz Əl Səudun ona və nümayəndə heyətinə göstərdiyi qonaqpərvərliyi məmnunluqla xatırladığını bildirdi. Dövlətimizin başçısı bu səfəri iki dost ölkə arasında güclü əlaqələrin göstəricisi kimi dəyərləndirdi. Prezident İlham Əliyev Azərbaycan ilə Səudiyyə Ərəbistanının yaxın dost və tərəfdaş ölkələr olduqlarını və bir-birlərini daim dəstəklədiklərini vurğuladı. Dövlətimizin başçısı Səudiyyə Ərəbistanı Krallığının BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumunda bu səviyyədə iştirakını tədbirə verilən önəmin və ölkəmizlə dostluq əlaqələrinin göstəricisi kimi qiymətləndirdi.

Prezident İlham Əliyev İki Müqəddəs Ocağın Xadimi, Səudiyyə Ərəbistanının Kralı Salman bin Əbdüləziz Əl Səudun salamlarına görə minnətdarlığını bildirdi, onun da salamlarını və ən xoş arzularını Kral Salman bin Əbdüləziz Əl Səuda çatdırmağı xahiş etdi.