YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Məhəmməd Əl-Dəhşan: Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa dünya miqyasında töhfələr verir

BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu kimi dünya əhəmiyyətli bir tədbirdə iştirakımdan çox məmnunam. Burada inklüziv cəmiyyətlərdə birgəyaşayış, dünyadakı qaçqın problemi və ekstremizmlə mübarizə məsələləri müzakirə olunacaq. Mühüm qlobal məsələlər ətrafında fikir mübadilələrinin aparıldığı bu cür forumların müntəzəm keçirilməsinin tərəfdarıyam. Azərbaycan dövlətinə belə nüfuzlu tədbirə ev sahibliyi etdiyi üçün minnətdaram.

Bu sözləri AZƏRTAC-a müsahibəsində “Lighthouse Relief” təşkilatının həmtəsisçisi, iqtisadçı Məhəmməd Əl-Dəhşan deyib. Tədbirin çox yüksək səviyyədə təşkil olunduğunu bildirən Forum iştirakçısı Azərbaycanın multikultural dəyərlərə önəm verməsini və dünyanın qabaqcıl inkluziv cəmiyyətlərindən birinə malik olmasını alqışlayıb.

“Bakıda hər il mötəbər beynəlxalq tədbirlər, forumlar keçirilir. Azərbaycan mədəniyyətlər və dinlərarası dialoqa dünya miqyasında töhfələr verir. Bu, eyni zamanda, Azərbaycanın beynəlxalq nüfuzunun daha da artmasına səbəb olur”, - deyə M. Əl-Dəhşan bildirib.

 

DİGƏR Xəbərlər Arxiv