YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Vinni Kinaro: Azərbaycana nəzər yetirəndə doğru istiqamətdə addımladığımızı başa düşürəm

Azərbaycanda müxtəlif mədəniyyətlərin və dinlərin bir araya gəldiyini gördüm. Bakı isə özünəməxsus gözəlliyə malikdir. Binalar xüsusilə diqqətimi çəkdi. Tarixlə müasirliyin hormoniyası adamı valeh edir. İnsanlar çox qonaqpərvər və mehribandırlar.

Bu fikirləri BMT-nin Sivilizasiyalar Alyansının Bakıda keçirilən VII Qlobal Forumunun iştirakçısı, UNESCO-nun Afrikadan olan nümayəndəsi Vinni Kinaro (Winnie Kinaro) AZƏRTAC-a müsahibəsində bildirib.

Qonaq deyib: “Belə tədbirlər daha çox insanı, ölkəni bir araya gətirməkdə mühüm rol oynayır. Düşünürəm ki, bu Forumda müzakirə olunan məsələlər dünyadakı bir çox problemlərinin həllinə yol tapacaq, inklüziv cəmiyyətin yaradılmasında mühüm rol oynayacaq. Hazırda olduğumuz ölkəyə nəzər yetirəndə doğru istiqamətdə addımladığımızı başa düşürəm.”