YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rebaz Məhəmməd: Azərbaycan bu forumun keçirilməsi üçün mükəmməl məkandır

Bakı Forumunda müzakirə olunan məsələlər dünyanın müxtəlif problemlərinin həllinə töhfə verəcək. Bizim dünyanın müxtəlif yerlərindən gələn iştirakçılarla bir çox ortaq problemlərimiz var və digər ölkələrdə uğurla tətbiq olunan elə həll yolları və ideyalar var ki, biz də bunlardan faydalana, həmçinin öz ölkələrimizdə tətbiq edə bilərik.

Bu sözləri  BMT-nin Sivilizasiyalar Alyansının VII Qlobal Forumu çərçivəsində keçirilən Gənclər Forumunun əməkdaşlıq toplantısının İraqdan olan iştirakçısı Rebaz Məhəmməd deyib.

“Düşünürəm ki, Azərbaycan bu forumun keçirilməsi üçün mükəmməl məkandır, çünki bu ölkə müxtəlif mədəniyyətləri və dinləri bir araya gətirir, burada bütün millətlər sülh içində problemsiz yaşayırlar. Gəldiyim ölkə dini və etnik zəmində müharibələrlə dağıdıldığına görə bu forum mənim üçün daha dəyərlidir. Arzu edirəm ki, mənim ölkəm də Azərbaycandan, buradakı sülhdən nümunə götürsün, İraqda da sülh bərqərar osun”, - deyə Rebaz Məhəmməd bildirib.