YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda BMT-nin Sivilizasiyalar Alyansının 7-ci Qlobal Forumu çərçivəsində Gənclər Forumu öz işinə başlayıb

Bu gün Bakıda 7-ci Qlobal Forum çərçivəsində Bakıda Birləşmiş Millətlər Təşkilatının (BMT) Sivilizasiyalar Alyansının Gənclər Forumu keçirilir.

"İnklüziv cəmiyyətlərdə birgə yaşama: çağırış və məqsəd" devizi altında keçirilən 7-ci Qlobal Forumda BMT-yə üzv ölkələrin dövlət və hökumət başçıları, siyasi liderlər, tərəfdaş qurumlar, beynəlxalq və regional təşkilatların nümayəndələri, özəl sektor, incəsənət, mediya və akademiyaların təmsilçiləri, donor təşkilatlar və fondlar daxil olmaqla ümumilikdə 2000-ə yaxın qonağın iştirakı gözlənilir. Forumda ümumilikdə üç gün müddətində yüksək rəsmilərin toplantısının, 30-a yaxın sessiyanın keçirilməsi planlaşdırılır.