YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin birinci rübündə dəmir yolu nəqliyyatı ilə 3,4 milyon ton yük daşınıb

Bu ilin birinci rübündə dəmir yolu nəqliyyatı ilə 3,4 milyon ton yük, 422,1 min sərnişin daşınıb. Bu barədə  Dövlət Statistika Komitəsindən məlumat verilib.

Məlumatda bildirilir ki, orta hesabla sutkada 413 vaqon yüklənib, 380 vaqon isə boşaldılıb.

Sutka ərzində dəmir yolunun şimal istiqaməti üzrə 17,8 min ton, qərb istiqaməti üzrə 4,1 min ton, cənub istiqaməti üzrə isə 1,3 min ton yüklənmə işi yerinə yetirilib.