YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildən Həştərxanda keçirilən “Xəzər Mükafatı – 2016” festivalının finalı keçirilib

Həştərxan Dövlət Filarmoniyasında Rusiya Azərbaycanlı Gənclər Birliyinin (RAGB) təşkil etdiyi populyar musiqi və rəqs sahəsində gənclər layihəsinin “Xəzər Mükafatı – 2016” beynəlxalq festivalının finalı keçirilib.

Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın təşəbbüsü ilə 2012-ci ildən Həştərxanda keçirilən “Xəzər Mükafatı – 2016” festivalı Xəzəryanı regionun ən əlamətdar mədəni hadisələrindən birinə çevrilib, 2015-ci ildən isə beynəlxalq status qazanıb.

İldən-ilə festival öz coğrafiyasını genişləndirir. Bu il onun iştirakçıları arasında MDB ölkələri olan Moldova və Özbəkistanın nümayəndələri də olub.

Mərasimdə çıxış edən müğənni Korneliya Manqo qeyd edib ki, azərbaycanlı gənclərin təşkil etdiyi bu cür beynəlxalq festivalda iştirak etməyini özü üçün böyük şərəf hesab edir. K.Manqo deyib: “Özüm əslən Həştərxandanam və mənim üçün doğma şəhərimdə baş verənləri bilmək çox vacibdir. Tez-tez kütləvi informasiya vasitələrində RAGB-nin Həştərxandakı fəaliyyəti barədə xəbərlər oxuyuram və beynəlxalq festivalın hazırlanması və keçirilməsinin yüksək səviyyəsini qeyd etmək istəyirəm. Sözün düzü, öz yerlilərim olan həştərxanlılar üçün qürur duyuram”.

“Xəzər Mükafatı – 2016” festivalında “Hədəf” kompozisiyası ilə Azərbaycanı Dövlət Filarmoniyasının solisti Lətifə Soyuöz təmsil edib. O deyib: “Həştərxan festival iştirakçılarını çox səmimi qarşılayıb. RAGB-nin sədri Leyla Əliyevaya və təşkilatın Həştərxan vilayət bölməsinin istedadlı komandasına minnətdarlıq etmək istərdim”.

Mükafatlandırma mərasimində Həştərxan şəhərinin meri Oleq Polumordvinov və vilayət hökumətinin beynəlxalq və xarici iqtisadi əlaqələr naziri Denis Afanasyev çıxış edib.

Mükafatlar 14 nominasiya üzrə təqdim olunub. Festivalın finalçılarını ekspertlərdən ibarət münsiflər heyəti müəyyən edib. Lakin yekun qərar həştərxanlıların öhdəsinə düşüb: festivalın qalibləri onlayn səsvermənin nəticələri əsasında elan olunub.

Ümumrusiya Azərbaycan Konqresinin Həştərxan regional bölməsinin sədri Ədalət Hüseynov və RAGB-nin vilayət bölməsinin sədri Elvin Hüseynov RAGB rəhbəri Leyla Əliyevaya gənclərə verdiyi dəstək, bütün ideyalara və təşəbbüslərə fəal dəstək göstərdiyinə görə minnətdarlıqlarını bildiriblər. Yardım və diqqətinə görə Bakı şəhəri Nərimanov Rayonu İcra Hakimiyyətinin başçısı Abdin Fərzəliyevin ünvanına də minnətdarlıq sözləri deyilib.