YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI: 0
BİZƏ YAZIN

Xəbərlər

Bakıda MDB Elektroenergetika Şurasının iclası keçiriləcəkdir

Aprelin 25-də Bakıda MDB Elektroenergetikası Şurasının 45-ci iclası keçiriləcəkdir.

“Azərenerji” ASC-nin mətbuat xidmətindən bildirmişlər ki, iclasda Rusiya Federasiyası, Belarus, Qazaxıstan, Qırğızıstan, Moldova, Tacikistan, Türkmənistan və Özbəkistan respublikalarının müvafiq qurumlarının nümayəndələri iştirak edəcəklər.

Qeyd edək ki, MDB-nin Elektroenergetika Şurası və onun iş orqanı olan İcra Komitəsi 1992-ci ilin fevral ayında Birliyin iştirakçı ölkələrinin hökumət rəhbərləri tərəfindən imzalanan MDB-nin elektroenergetika sahəsində dövlətlərarası münasibətlərin əlaqələndirilməsinə dair müqaviləyə müvafiq olaraq formalaşdırılmışdır. Onun əsas vəzifəsi - birləşmiş elektroenergetika sistemlərinin effektli fəaliyyəti əsasında dövlətlərin iqtisadiyyatını və əhalisini dayanıqlı elektrik enerjisi ilə təmin olunması istiqamətində enerji sistemlərin fəaliyyətinin koordinasiya etməkdən ibarətdir.

MDB dövlətləri Elektroenergetika Şurasının iclası Bakıda üçüncü dəfə keçirilir. Birinci iclas 2004-cü ildə, ikinci iclas isə 2009-cu ildə baş tutmuşdur.

 

 

DİGƏR Xəbərlər Arxiv