YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Jan-Pyer Allali: Azərbaycan tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir

Fransa Yəhudi İnstitutları Təmsilçilər Şurası (CRIF) İdarə Heyətinin üzvü və Parisdə yerləşən Rasizm və Antisemitizm əleyhinə Beynəlxalq Liqanın (LICRA) baş katibi Jan-Pyer Allali 2016-cı ilin Azərbaycanda “Multikulturalizm ili” elan olunmasından bəhs edərək deyib: “Mən Azərbaycanı çox yaxşı tanıyıram, bu ölkəyə mütəmadi olaraq səfərlər edirəm. Müsəlman, lakin yetərincə dünyəvi dövlət olan bu ölkə tolerantlığın və dünyəvi baxışların nadir nümunəsidir”.

O vurğulayıb ki, Azərbaycanda bütün dinlər və mədəniyyətlər heç bir diskriminasiyaya məruz qalmadan bütün azərbaycanlıların çiçəklənməsi və xoşbəxtliyi naminə ahəngdar şəkildə qarışıb. Azərbaycanda birgə yaşamaq prinsipi uzun zamandan bəri mövcuddur. Bu, Avropa ölkələrində uzun müddətdir hədəf elan olunsa da, Azərbaycanda təbii və sülh içərisində mövcud olmaqdadır.