YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Sankt-Peterburqda XX Peterburq Beynəlxalq İqtisadi Forumu keçiriləcək

İyunun 16-dan 18-dək Sankt-Peterburqda yeni məkanda iyirminci, yubiley Peterburq Beynəlxalq İqtisadi Forumu (PBİF) keçiriləcək.

Rusiyanın iqtisadi həyatında mühüm hadisə olan PBİF hakimiyyət orqanları ilə biznes arasında dialoqun inkişafına şərait yaradır, iqtisadi münasibətlərin möhkəmlənməsi üçün innovasiyalı yanaşmalar tapmağa kömək edir. Rusiya Federasiyasının Azərbaycandakı Ticarət Nümayəndəliyindən AZƏRTAC-a verilən məlumata görə, 2006-cı ildən PBİF Rusiya Federasiyası Prezidentinin himayəsi altında keçirilir.

Hər il bu forumda dünyanın aparıcı iqtisadiyyatlarını təmsil edən on minə yaxın nümayəndə - dövlət və hökumət başçıları, siyasi liderlər, iri şirkətlərin rəhbərləri, habelə dünya birliyinin aparıcı ekspertləri və KİV nümayəndələri iştirak edir.

Ənənəvi olaraq, Peterburq Beynəlxalq İqtisadi Forumunun işində Azərbaycan da təmsil olunur.

 

DİGƏR Xəbərlər Arxiv