YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bahar Muradova: Dağlıq Qarabağ münaqişəsinin həllinin əsasında beynəlxalq hüquq dayanmalıdır

Dağlıq Qarabağ münaqişəsinin əsasında beynəlxalq hüquq dayanmalıdır.

Bunu Milli Məclisinin sədr müavini, ATƏT Parlament Assambleyasında Azərbaycan nümayəndə heyətinin rəhbəri Bahar Muradova aprelin 15-18-də Almaniyanın Laynsvayler şəhərində bu ölkənin ATƏT-ə sədrliyi çərçivəsində ATƏT PA-nın Bundestaqla "ATƏT-in münaqişə dövrünün kəsilməsi istiqamətindəki tədbirlərinə ATƏT Parlament Assambleyası və onun üzvlərinin geniş töhfə vermək imkanları - həlli uzadılmış münaqişələrə xüsusi diqqət" mövzusunda keçirilmiş birgə seminarda deyib. /Trend/

B.Muradova bildirib: "Burada bir dövlətin daxilində etnik qrup və konfessiyalar üçün birgə yaşayış qurmağa mane olan problemlər barədə çox danışıldı. Biz onların həyatını dözülməz edən təhlükəli çağırışlar, münaqişələr zamanı bütün insan haqlarının pozulmasından danışdıq. Hesab edirəm ki, hər bir münaqişənin öz tarixi, onun başlama səbəbləri var və hər bir münaqişə ayrıca yanaşma tələb edir. Əlbəttə ki, bütün bunların əsasında beynəlxalq hüquq dayanmalıdır".

B.Muradovanın sözlərinə görə, bu, bütün fəaliyyətlərin dayaq nöqtəsi olmalıdır: "Əks halda, malik olduqları ilə ürəkdən fəxr edən Avropa ölkələrində də radikal cərəyən hallarının qarşısını almaq mümkün olmayacaq ki, bunu da ötən gün almaniyalı həmkarım təəssüflə qeyd etdi".