YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Aqiyə Naxçıvanlı: Müasir dövrdə sosiallaşmanın əsas təkanverici qüvvəsi ailədir

«Azərbaycanda ailənin inkişafı, cəmiyyətdə onun yerinin möhkəmləndirilməsi məqsədilə həyata keçirilən ardıcıl tədbirlər ailənin müdafiəsini və ona dövlət qayğısını göstərir». Bu fikri Milli Məclisin Ailə, qadın və uşaq məsələləri komitəsinin sədri Aqiyə Naxçıvanlı deyib.

A.Naxçıvanlı bildirib ki, Azərbaycanda sağlam ailə institutunun qorunması, bu milli dəyərin gələcək nəsillərə ötürülməsi üçün təbliğat işləri davamlı olaraq aparılmalıdır. Onun sözlərinə görə, müasir dövrdə sosiallaşmanın əsas təkanverici qüvvəsi ailədir.

«Azərbaycanda ailəyə, qadına, ağsaqqala, ağbirçəyə hörmət ən vacib mental davranışlardandır. Bu davranışlar bizim üçün hər zaman böyük əhəmiyyət kəsb edib və edəcək. Ailənin sağlam formalaşması və cəmiyyətə normal adaptasiyasında psixoloji, ideoloji və sosioloji, müəyyən mənada dini təsir və təzyiqlər, həmçinin kənar müdaxilənin olması əksər hallarda maneələrə səbəb olur. Bunlar isə öz növbəsində bir çox problemlərə gətirib çıxarır. Ona görə də, bu məsələ ilə bağlı geniş maarifləndirmə, təbliğat işləri aparılmalıdır»- deyə, komitə sədri vurğulayıb.