YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Amerikalı konqresmen ABŞ-ın dostlarına qarşı Ermənistanın alət kimi istifadə olunduğunu bəyan edib

ABŞ Konqresinin üzvü Montana ştatını təmsil edən Rayan Zinki aprelin 18-də Ermənistan-Azərbaycan təmas xətti boyunca yaşanan son eskalasiya ilə əlaqədar Ermənistanı tənqid edən bəyanat verib.

Onlarla insanın ölümü ilə nəticələnən Ermənistan və Azərbaycan arasındakı son toqquşmalar ilə əlaqədar narahatlığını ifadə edən konqresmen R.Zinki bu eskalasiyanın Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin vitse-prezident Co Bayden və dövlət katibi Con Kerri ilə görüşləri ilə yadda qalan uğurlu Vaşinqton səfərindən dərhal sonra baş verdiyini vurğulayıb.

Konqresmen R.Zinke, həmçinin bəyanatında Azərbaycanın ABŞ-ın güclü tərəfdaşı olduğunu, Ermənistan və Azərbaycan arasında baş vermiş son eskalasiyanın yatırılmasının beynəlxalq və regional təhlükəsizlik aspektindən vacib olduğunu ifadə edib.

Daha sonra o, ölkəmizin ABŞ-ın Avropadakı müttəfiqləri və dostlarının enerji təhlükəsizliyinə töhfələrini diqqətə çatdıraraq, Ermənistanın Azərbaycan da daxil olmaqla regiondakı ABŞ dostlarına qarşı alət kimi istifadə olunması ilə bağlı təəssüfünü bildirib.

Sonda konqresmen R.Zinki bəyanatında Ermənistan və Azərbaycan arasında baş vermiş son toqquşmaların bu münaqişənin həllinin necə təcili olduğunu bir daha xatırlatdığını qeyd edərək, Ağ Ev Administrasiyasına münaqişənin sülh yolu ilə həlli istiqamətində səylərini daha da intensivləşdirmək, habelə aqressiyaya məruz qalan Azərbaycan kimi dost dövlətlərə dəstəyini davam etdirmək ilə əlaqədar çağırış edib.

 

DİGƏR Xəbərlər Arxiv