YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Səfir Möhsün Pakayin: Qəzvin-Rəşt dəmir yolu xətti 2017-ci ilin sonunda istismara veriləcək

Qəzvin-Rəşt dəmir yolu xəttinin tikintisi 2017-ci ilin sonunda yekunlaşacaq və istismara veriləcək. Bununla yanaşı, Rəşt-Astara dəmir yolunun tikintisi də davam etdirilir.

Bu fikri İranın Azərbaycandakı səfiri Möhsün Pakayin yerli mətbuata açıqlamasında deyib.

Səfir bildirib ki, həm Azərbaycan, həm də İran hər iki dəmir yolu xəttinin tezliklə istifadəyə verilməsini istəyir. Çünki Şimal-Cənub nəqliyyat dəhlizinin əsasını təşkil edən bu dəmir yolları sonda İranın Qəzvin, Rəşt, Astara və Azərbaycanın Astara şəhərlərini birləşdirəcək. Məhz bu yolla yüklər İrandan Azərbaycana, Rusiyaya, Avropaya və əks istiqamətə daşınacaq. Avropadan daşınan yüklər isə Fars körfəzi vasitəsi ilə Hind okeanına çıxacaq. Bu dəhlizin tam olaraq işə düşməsı nəticəsində daşınan yüklərin həcmi artacaq və vaxta qənaət olunacaq.