YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Pakistan parlamentinin sədri: Azərbaycana dəstəyimiz hər zaman davam edəcək

Pakistanın Azərbaycana hər zaman dəstək verəcəyinə heç kimin şübhəsi olmasın.

Bu fikri Moskvada keçirilən Avrasiya parlament sədrlərinin birinci müşavirəsində iştirak edən Pakistan Milli Assambleyasının sədri Sərdar Ayaz Sadiq AZƏRTAC-ın müxbirinə müsahibəsində deyib.

O qeyd edib ki, ölkəsi bütün münaqişələrin sülh yolu ilə həllinə tərəfdardır: “Lakin Dağlıq Qarabağ münaqişəsinin həlli məsələsində Azərbaycanın başqa yolu qalmazsa, biz dost ölkəyə hər cür dəstək verməyə hazırıq”, - deyə parlamentin sədri əlavə edib.

Sərdar Ayaz Sadiq vurğulayıb ki, Pakistan Ordusunun canlı qüvvələri başqa ölkələrin ərazisində hərbi əməliyyatlara qatılmır. Amma hökumətin razılığı ilə Pakistan hərbi qüvvələri dost ölkələrə dəstəyini də əsirgəmir.