YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əhməd Davudoğlu: Beynəlxalq ictimaiyyət Ermənistana xəbərdarlıq etməlidir

AŞPA-nın yaz sessiyasının ikinci iş günündə plenar iclasın qonağı Türkiyə Respublikasının Baş Naziri Əhməd Davudoğlu olub.

Çıxışında silahlı münaqişələrə toxunan Əhməd Davudoğlu bu münaqişələrin beynəlxalq hüquq çərçivəsində həll edilməsinin vacibliyini vurğulayıb.

Türkiyənin Baş naziri aprelin əvvəlində Ermənistan və Azərbaycan qoşunlarının təmas xəttində baş vermiş son hadisələrə də toxunub.

O, son gərginlik zamanı insan itkisinin artıq mövcud status-kvonun qəbuledilməz olduğunu təsdiqlədiyini və belə vəziyyətin davam edə bilməyəcəyini vurğulayıb.

Baş nazir beynəlxalq ictimaiyyəti və ATƏT-in Minsk qrupunun həmsədrlərini silahlı təxribatlara son qoymaq üçün Ermənistana xəbərdarlıq etməyə çağırıb. Türkiyənin münaqişənin sülh yolu ilə həllinə dəstək verməyə hazır olduğunu söyləyən Əhməd Davudoğlu bu istiqamətdə Azərbaycana köməyini davam etdirəcəyini diqqətə çatdırıb.

 

DİGƏR Xəbərlər Arxiv