YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ermənistan rəhbərliyinin Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri növbəti təxribatçı addımdır

Ermənistan rəhbərliyinin bu günlərdə Azərbaycanın işğal olunmuş ərazilərinə səfəri və orada hərbi müşavirə keçirməsi ağır olan vəziyyətin daha da gərginləşməsinə xidmət edən növbəti təxribatçı addımdır.

Bu fikri Azərbaycan Xarici İşlər Nazirliyinin mətbuat xidmətinin rəhbəri Hikmət Hacıyev Ermənistan prezidenti Serj Sarkisyanın Azərbaycanın işğal olunmuş ərazilərinə səfərini şərh edərkən deyib.

H.Hacıyev bildirib ki, Ermənistan rəhbərliyi bu kimi təhrikçi əməlləri ilə beynəlxalq hüququn norma və prinsiplərinə və BMT Nizamnaməsinə zidd olaraq işğal olunmuş Azərbaycan ərazilərinin ilhaqı siyasəti yürütdüyünü bir daha sübut edir. Bu, bir daha onu göstərir ki, aprelin 2-dən başlayaraq qoşunların təmas xəttində yaranmış gərginliyin və atəşkəs rejiminin intensiv şəkildə pozulmasının arxasında məhz rəsmi Yerevan dayanır.

Ermənistan rəhbərliyinin beynəlxalq ictimaiyyətin münaqişənin həlli üzrə hərtərəfli siyasi proseslərə başlamaq barədə israrlı çağırışlarına məhəl qoymayaraq təcavüzkar siyasətini davam etdirməsi, işğal olunmuş Azərbaycan ərazilərindən öz qoşunlarını çıxarmaması, atəşkəsin pozulması və gərginliyin artmasına yönəlmiş addımları regional sülh və sabitlik üçün ciddi təhlükədir.

“Bir daha bildiririk ki, cəbhədə vəziyyətin gərginləşməsinə görə məsuliyyət işğalçı dövlət kimi tam şəkildə Ermənistanın üzərinə düşür”, - deyə mətbuat katibi vurğulayıb.