YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Bu ilin 3 ayında əsas kapitala 2 milyard 900 milyon manata yaxın vəsait yönəldilib

2016-cı ilin yanvar-mart aylarında əsas kapitala 2 milyard 876,8 milyon manat məbləğində vəsait yönəldilib.

Dövlət Statistika Komitəsindən bildirilib ki, istifadə olunmuş vəsaitin 2 milyard 529,7 milyon manatı və ya 87,9 faizi məhsul istehsalı obyektlərinin, 222,1 milyon manatı (7,7 faizi) xidmət sahələri üzrə obyektlərin, 125,0 milyon manatı (4,4 faizi) isə ümumi sahəsi 334,7 min kvadratmetr olan yaşayış evlərinin tikintisinə sərf olunub.

Əsas kapitala yönəldilmiş vəsaitlərin 900,9 milyon manatını və ya 31,3 faizini daxili vəsaitlər təşkil edib.

Həmin vəsaitlərin 2 milyard 013,4 milyon manatı və ya 70,0 faiz isə bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.

 

DİGƏR Xəbərlər Arxiv