YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Heydər Əliyev Fondunun təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə mayın 1-də “Bakı Marafonu-2016” keçiriləcək

Xəbər verildiyi kimi, Heydər Əliyev Fondunun təşkilatçılığı və SOCAR-ın dəstəyi ilə mayın 1-də “Bakı Marafonu-2016” keçiriləcək.

SOCAR-ın mətbuat xidmətindən bildirilib ki, xeyriyyə məqsədilə təşkil edilən Bakı marafonundan toplanan vəsait Heydər Əliyev Fondunun valideyn himayəsindən məhrum olmuş uşaqlarla bağlı layihəsinə yönəldiləcək. Yüzlərlə SOCAR işçisinin marafona qoşulması gözlənilir. Dövlət Bayrağı Meydanından start götürəcək marafon 21 kilometr məsafə qət edilməklə Bakı Olimpiya Stadionunda başa çatacaq.

SOCAR özünün sosial məsuliyyət layihələri çərçivəsində Azərbaycanda məcburi köçkünlərə maddi yardımlar göstərilməsi, sosial dayanıqlığın və məşğulluğun təmin olunması istiqamətində mütəmadi tədbirlər həyata keçirir. Şirkət Azərbaycan idmanının, o cümlədən, şahmat, cüdo, futbol və digər idman növlərinin inkişafına da daim qayğı göstərir və dəstək verir. SOCAR Bakı marafonunda iştirakını məhz kimsəsiz uşaqlara yardım əli uzatmaq, insanları sağlam həyat tərzinə təşviq etmək və əməkdaşlarının kollektiv ruhunu gücləndirmək üçün effektiv vasitə kimi görür və bütün əməkdaşlarını marafonda iştirak etməyə dəvət edir.