YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Əli Əhmədov: Azərbaycanda icbari tibbi sığortanın müəyyən konsepsiyası hazırlanıb

"Nazirlər Kabineti yanında İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi artıq fəaliyyətə başlayıb, ilk addımlarını atmaqdadır. İlk mərhələdə təbii ki, qurumun özünün yaradılması vəzifəsi həyata keçirilməli, işin səmərəli təşkil olunması üçün müvafiq mütəxəssislər cəlb olunmalıdır".

Trend-in məlumatına görə, bunu jurnalistlərə Baş nazirin müavini Əli Əhmədov deyib.

Əli Əhmədov bildirib ki, növbəti mərhələdə paralel olaraq Azərbaycanda icbari tibbi sığorta sisteminin tədbiq edilməsi ilə əlaqədar çox ciddi işlər həyata keçiriləcək: "Bu sahədə də xeyli işlər görülüb, müəyyən konsepsiya demək olar ki, hazırlanıb və üzərində iş gedir. Dünyanın ayrı-ayrı ölkələrində icbari tibbi sığorta sistemi ilə əlaqədar təcrübənin öyrənilməsi və Azərbaycanda hansı modelin tədbiqinin daha məqsədəuyğun olması məsələsini araşdırmaq üçün beynəlxalq ekspert qrupları ölkəmizə dəvət edilib. Hazırda qrup ölkəmizdə işləməkdədir və sistemi tədbiq etmək üçün hansı imkanların, resursların mövcud olduğunu araşdırırlar".

Baş nazirin müavini bildirib ki, dəyərləndirmələr müəyyən olunduqdan sonra konkret Azərbaycanda hansı icbari tibbi sığorta modelinin tədbiq edilməsi sualı müəyyənləşəcək: "Daha sonra isə praktik olaraq icbari tibbi sığorta sistemi ölkəmizdə tədbiq olunacaq. Belə bir addımın atılması ilk növbədə ölkəmizdə əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin və səviyyəsinin yüksəldilməsi ilə əlaqədardır".

Əli Əhmədov vurğulayıb ki, Prezident İlham Əliyevin həyata keçirdiyi siyasətin əsas hədəfi insanların rifah halının daha da yüksəldilməsi, sosial problemlərin tamamilə həll edilməsidir: "Prezidentimiz bunu dəfələrlə vurğulayıb ki, həyata keçirdiyimiz siyasətin əsas məqsədi insnlara qayğıdır. Bu konteksdə əhaliyə keyfiyyətli tibbi xidmətin göstərilməsi təbii ki, mühüm əhəmiyyət kəsb edir. Hesab edirəm ki, vətəndaşlarımız bunu gözləyirlər və güman edirəm ki, icbari tibbi sığortanın tədbiq edilməsi nəticəsində əhaliyyə göstərilən səhiyyə xidmətinin keyfiyyəti əhəmiyyətli dərəcədə artacaqdır".

Əli Əhmədov qeyd edib ki, agentliyin yaradılmasında ikinci məqsəd səhiyyənin maliyyələşməsinin yeni, daha müasir formasının Azərbaycanda tədbiq olunmasıdır: "Bütün dünyada səhiyyə sistemində belə model tədbiq olunur. Azərbaycanda bu modeli tədbiq etmək niyyətindədir. Belə bir modelin tədbiqində başlıca məqsəd dövlət tərəfindən ayrılan vəsaitlər daha səmərəli şəkildə istifadə olunacaq və bununla da əhaliyə göstərilən tibbi xidmətin keyfiyyətinin yüksəlməsinə töfhə veriləcək. Üçüncü bir məsələ isə sosial ədalət prinsipinin bu sferada daha əhatəli şəkildə tədbiq edilməsinə nail olmaqdır. Azərbaycanda yeni bir iqtisadi sistem mövcuddur və əhalinin müxtəlif kateqoriyaları var. Orta təbəqə formalaşıb ki, kifayət qədər maddi imkanları var. Əhaliyə göstərilən bütün tibbi xidmətlər dövlət tərəfindən ödənilir. Beləliklə də, səhiyyə sistemində maddi imkanı aşağı olan əhali də, maddi imkanı yuxarı olan əhali də eyni dərəcədə dövlət tərəfindən maliyyələşən tibbi xidmətlərdən istifadə edir. Hesab edirəm ki, bu da ədalətli deyil. Ona görə də bu xidməti tədbiq etməklə sosial ədalət prinsipi bu sahədə daha əhatəli şəkildə qorunmuş olacaq. O təbəqə ki, ehtiyacları var, onlara xidmət dövlət tərəfindən maliyyələcək, sığorta haqları dövlət tərəfindən həyata keçiriləcək".