YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Eldar İbrahimov: Ölkəmizin qeyri-neft məhsullarının ixracının böyük hissəsini kənd təsərrüfatı məhsulları təşkil edir

«Son illər ölkəmizdə qeyri-neft sektorunun dinamik inkişafının təmin olunması istiqamətində mühüm addımlar atılır. Respublikamızın qeyri-neft iqtisadiyyatında böyük potensialının olması onu deməyə əsas verir ki, Azərbaycan bundan sonra da özünün yüksək inkişaf dinamikasını saxlayacaq». Bu fikirləri Milli Məclisin Aqrar siyasət komitəsinin sədri Eldar İbrahimov deyib.

E.İbrahimov bildirib ki, neftdənkənar iqtisadiyyatda geniş imkanlarımızın olduğu sahələrdən biri aqrar sektordur. Onun sözlərinə görə, son illərdə kənd təsərrüfatında yeni idarəetmə mexanizmlərinin tətbiqi, subsidiyaların artırılması, texniki təchizatın gücləndirilməsi məhsuldarlığın əhəmiyyətli dərəcədə artmasına səbəb olub.

«Yaranmış yeni vəziyyətdə də çətinliklərə baxmayaraq, bu sahədə nailiyyətlər qazanılır. Qlobal çətinliklər şəraitində ölkəmizin qeyri-neft məhsullarının ixracının böyük hissəsini  kənd təsərrüfatı məhsulları təşkil edir”. Ölkəmizdə meyvəçilik aqrar sektorun vacib istiqamətlərindən biridir. Biz il ərzində xarici bazarlara 10 milyon dollar dəyərində meyvə-tərəvəz çıxarırıq. Potensialımız isə daha böyükdür. Respublikamızda aqrar sektorun, o cümlədən də meyvəçiliyin inkişafına müvafiq qurumlar tərəfindən daim yüksək dəstək verilir. Mənim qənaətim budur ki, göstərilən əməli dəstək sayəsində respublikamızda meyvə istehsalını artırmaq və xarici bazarlara daha böyük həcmlərdə məhsul çıxartmaq mümkün olacaq. Hazırda müvafiq qurumlar istifadə olunmayan torpaqların monitorinqini aparır. İlkin məlumatlara görə, hazırda respublikada 160 min hektar belə torpaqlar var. Həmin torpaqları dövriyyəyə cəlb edib yeni intensiv bağlar salmaq mümkündür»- deyə, komitə sədri vurğulayıb.

DİGƏR Xəbərlər Arxiv