YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Mahir Abbaszadə: Ölkədə sahibkarlığın inkişafı imkan verir ki, qeyri-neft sektoru qarşıdakı illərdə davamlı inkişaf tempinə malik olsun

«Hazırda qeyri-neft sektorunun inkişafı iqtisadi siyasətin əsas istiqamətlərindən birini təşkil edir. Milli Məclis tərəfindən son zamanlar qəbul edilmiş bir çox qanunların mahiyyətində bu sahənin inkişafı dayanır. Xüsusilə də, ölkədə biznes mühitinin yaxşılaşdırılması, sahibkarlığın inkişafı imkan verir ki, qeyri-neft sektoru qarşıdakı illərdə davamlı inkişaf tempinə malik olsun». Bu fikirləri Milli Məclisin deputatı Mahir Abbaszadə deyib.

M.Abbaszadə bildirib ki, Azərbaycanda qeyri-neft inkişafı üçün ortada çox böyük siyasi iradə mövcuddur. Onun sözlərinə görə, Prezident İlham Əliyev tərəfindən verilən fərman və sərəncamlar, qəbul edilən qərarlar bu siyasi iradənin bariz nümunəsini təşkil edir.

«Azərbaycan Prezidenti İlham Əliyev neftdən asılılığın aradan qaldırılması vəzifəsini qarşıya qoyub və Azərbaycan neft ölkəsindən qeyri-neft iqtisadiyyatı inkişaf etmiş ölkəyə çevrilməlidir. Bunun üçün ölkədə münbit şərait var, çoxsaylı infrastuktur layihələri uğurla reallaşdırılıb: yollar çəkilib, qazlaşdırma prosesi uğurla aparılıb, 2 böyük texnopark yaradılması haqqında fərman imzalanıb və sair. Prezident İlham Əliyevin Nazirlər Kabinetinin 2016-cı ilin birinci rübünün sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunmuş iclasında qeyd etdiyi kimi, proqnozlaşdırılır ki, 2016-cı ildə Azərbaycanın qeyri-neft sektoruna təxminən 2 milyard manata yaxın investisiya cəlb olunacaq»- deyə, M.Abbaszadə qeyd edib.