YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Rafael Hüseynov: “Kinematoqrafiya haqqında” yeni qanunun qəbul olunması zəruridir

“Kinematoqrafiya haqqında” yeni qanunun qəbul olunması zəruridir. Bu sahədə mövcud qanun 1998-ci ildə qəbul olunub, bu sənəd artıq günün tələblərinə cavab vermir.” Bu fikirləri Milli Məclisin Mədəniyyət komitəsinin sədri Rafael Hüseynov deyib.

R.Hüseynov bildirib ki, ötən müddət ərzində dünyada kino sahəsi üzrə bir çox yeniliklər, texnologiyalar tətbiq edilib. Onun sözlərinə görə, kino sahəsində texnologiyaların dəyişməsi, yeni yanaşmanın ortaya çıxması mövcud qanuna yenidən baxmaq ehtiyacını yaradıb. 

«Yeni qanun layihəsi filmlərin istehsalı, yayımı, milli kinomatoqrafiyanın təbliği və qorunması sahəsində yaranan münasibətləri tənzimləyəcək. Artıq layihə rəy alınması üçün müvafiq qurumlara göndərilib. Aprelin sonu-mayın əvvəllərində isə layihənin ilkin variantının geniş müzakirəsinin keçirilməsi nəzərdə tutulur. Həmin müzakirələrdə iştirak etmək üçün İqtisadiyyat, Maliyyə, Vergilər Nazirlikləri və Gömrük Komitəsinin nümayəndələri Milli Məclisə dəvət ediləcək. Bu layihənin ətrafında ciddi müzakirələr olmalıdır. Çünki kino sahəsindən əldə olunan gəlirin çox olmasını istəyiriksə, o zaman onun istehsalına daha çox diqqət yetirilməlidir. Belə olan təqdirdə bu iş cavabsız qalmayacaq, kinonun məhsulu dövlətin xəzinəsinə, büdəcəyə öz müsbət təsirini göstərmiş olacaq»- deyə, komitə sədri vurğulayıb.