YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Ağ Ev Administrasiyasının saytında açılan petisiyanı imzalayanların sayı 100 mini keçib

Ağ Ev Administrasiyasının internet resursunda Azərbaycanda Vətəndaş Cəmiyyətinin İnkişafına Yardım Assosiasiyasının (AVCİYA) təşəbbüsü ilə açılan “Ədalətin bərqərar olunması və böyük fəlakətin qarşısının alınması naminə” adlı petisiyanı imzalayanların sayı 100 mini keçib. Beləliklə, petisiyaya cavab verilməsi üçün lazım olan elektron imza qısa müddətdə toplanılıb.

Xatırladaq ki, müraciətdə Avropa Şurası Parlament Assambleyasının 2085 (2016) saylı qətnaməsində vurğulanan Azərbaycanın Dağlıq Qarabağ bölgəsi və digər ərazilərinin Ermənistan dövləti tərəfindən işğal edilməsi, Ermənistanın Azərbaycana qarşı qəsdən törətdiyi ekoloji böhranın ekoloji təcavüz olması faktı, Ermənistan silahlı qüvvələrinin işğal bölgəsindən dərhal geri çəkilməsi tələbi, Azərbaycanın işğal olunmuş ərazilərində yerləşən Sərsəng su anbarının hazırkı durumunun humanitar fəlakətlə nəticələnə biləcəyi xəbərdarlığı diqqətə çatdırılır. Həmçinin Ağ Ev Administrasiyasına AŞPA-nın 2085 (2016) saylı qətnaməsinin dəstəklənməsi, Ermənistan tərəfindən işğal olunmuş torpaqlarımızın azad edilməsinə və bölgədə humanitar fəlakətin qarşısının alınmasına yardım olunması üçün çağırış edilir.