YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Azərbaycanın iri nəqliyyat layihələrini reallaşdırmaq üçün böyük tranzit potensialı var

Azərbaycanın böyük tranzit potensialı var, bunun işlədilməsi üçün ölkədə iri nəqliyyat layihələri reallaşdırılır. Bunu Bakı Beynəlxalq Dəniz Ticarət Limanının rəhbəri Elçin Mirzəyev dənizçilərin peşə bayramına həsr edilmiş tədbirdə deyib.

Elçin Mirzəyev xüsusilə Bakı-Tbilisi-Qars dəmir yolunun və Ələt qəsəbəsində inşa edilən yeni beynəlxalq dəniz ticarət limanının tikintisi layihələrini qeyd edib. Qeyd edib ki, indiki dəniz limanının şəhərin mərkəzində yerləşməsi onun məhsuldar işinə mane olur və buna görə yeni limanın tikintisi zərurəti yaranıb: "Yeni limanın bərə terminalının tikintisinin başa çatması bərə terminalımızı mərkəzdən kənara köçürməyə imkan verəcək".

Yeni limanın 2015-ci ilin sonuna istismara verilməsi planlaşdırılır.