YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Tahir Rzayev: Erməni tərəfinin yalanları uzun sürə bilməz

«Ermənilər qəddarlığı, yaltaqlığı, ikiüzlülüyü, etibarsızlığı ilə bütün dünyaya tanışdır. Onların iç üzünə bələd olan, xarakterini bilən hər kəs, dahi insanlar, siyasətçilər, hətta, ermənilərin özləri belə erməni xislətinin çirkinliklərinin, həyasızlığının analoqu olmadığını dilə gətirməkdən çəkinməyiblər. Tarixən belə olub və bu gün də belədir». Bu fikirləri Milli Məclisin deputatı Tahir Rzayev deyib.

 T.Rzayev bildirib ki, Ermənistan prezidenti Serj Sarkisyan vətəni satdığı üçün «fəxr» edir. Onun sözlərinə görə, bu gün bütün dünya bilir ki, Ermənistan adında müstəqil bir dövlət yoxdur.

«Ancaq kiminsə əlinə baxan, kiminsə tapşırıqlarını yerinə yetirən bir dövlət və bu dövlətin kimlərinsə nökərinə belə layiq olmayan, onun-bunun əlinə-ayağına düşən, istənilən vaxt alınıb-satılan Serj Sarkisyan adında bir prezidenti var. Sarkisyan öz xalqını satmaqdan, ölkəni dilənçi kökünə salmağından, qız-gəlinin, qocasının ləyaqətini alçaldmaqdan utanmalı olduğu halda, əksinə başını dik tutur, azərbaycanlıları qətlə yetirdiyinə, körpələri, əlsiz-ayaqsız qocaları öldürdüyünə, Xocalı soyqırımının iştirakçısı olduğuna görə fəxr edir. Bütün bunların fonunda Ermənistanın hakim dairələri işğal olunmuş Azərbaycan torpaqlarında təxribat törədən erməni hərbçilərinin öldürülməsini ermənilərə edilən təcavüz kimi şişirdib beynəlxalq aləmə təqdim etməkdən belə utanmırlar.yalan ayaq tutar, amma yeriməz. Erməni tərəfinin də bu yalanları uzun sürə bilməz. Dünya həqiqəti bilir. Son zamanlar cəbhədə baş verənlər də erməni tərəfinin təxribatının nəticəsi idi. Ordumuz düşmənə layiqli cavab verdi. Amma Prezidentimizin vurğuladığı kimi Azərbaycan sülh tərəfdarıdır. Ona görə də, qan tökülməsinin davam etməməsi üçün atəşkəs rejimini birtərəfli qaydada bərpa etdi. Ermənistan ölkəmizin bu xoşməramlı addımından nəticə çıxarmalı, işğal etdiyi torpaqlarımızı tərk etməlidir. Belə olan halda, məsələ siyasi yolla həllini tapacaq. Əks halda, torpaqlarımız ordumuzun gücünə azad ediləcək»- deyə, T.Rzayev vurğulayıb.