YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Latviyanın sabiq Prezidenti Prezident İlham Əliyevə ünvanladığı məktubda münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində həllinə dəstək olduğunu bildirib

Latviyanın Prezidenti (2007-2011), Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvü Valdis Zatlers Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevə məktub ünvanlayıb.

Məktubda deyilir: “Dağlıq Qarabağ münaqişəsində gərginliyin gözlənilmədən artması və uşaqlar da daxil olmaqla insan tələfatı ilə nəticələnən atəşkəsin pozulması xəbərini eşidəndə çox sarsıldım.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzi adından başsağlığı verir və vəziyyətlə əlaqədar dərin narahatlığımı ifadə edirəm. İnanıram ki, Siz dərhal atəşkəsə nail olmaq üçün bütün diplomatik kanallardan istifadə edəcək və vəziyyətdən yararlanaraq bu münaqişənin Azərbaycanın ərazi bütövlüyü çərçivəsində son və davamlı həlli üçün danışıqlara başlayacaqsınız.

Nizami Gəncəvi Beynəlxalq Mərkəzinin üzvləri lazım olarsa münaqişənin davamlı və sülh yolu ilə həlli üçün təcrübələrindən istifadə edərək istənilən səviyyədə dialoqa qatılıb dəstək vermək arzusundadırlar. Bu məsələdə Sizi dəstəkləməyə hazıram.

Cənab Prezident, Sizə olan rəğbətimlə yanaşı, dərin hörmətimi də qəbul etməyinizi xahiş edirəm.”