YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

Cəbhə bölgəsindəki son hadisələr İordaniya mediasında

Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttindəki son vəziyyət İordaniya mətbuatının diqqət mərkəzindədir. Ölkənin kütləvi informasiya vasitələri təmas xəttində baş vermiş son hadisələrlə bağlı ictimaiyyətə geniş məlumatlar verib.

Yayılan materiallarda ermənilərin beynəlxalq hüququn norma və prinsiplərinə məhəl qoymayaraq işğalı davam etdirməsi, atəşkəs rejimini pozması və bunun nəticəsində hərbçilərimizin və dinc əhalinin qətlə yetirilməsi, yaşayış binaları, məktəb və digər infrastrukturun dağıdılması, buna baxmayaraq Azərbaycan dövlətinin sülhsevər siyasət yürütməsi barədə oxuculara geniş məlumat verilib.

Bununla yanaşı, Azərbaycan səfirliyinin Dağlıq Qarabağla bağlı açıqlaması İordaniyanın aparıcı kütləvi informasiya vasitələri - “Əl-Ğəd” ,” “Jordan Times”, “ Əl-Ray”, “ Əl-Düstur”, “Əl-Diyar” və “Petra” xəbər agentliyi tərəfindən geniş işıqlandırılıb.

“Dağlıq Qarabağ Azərbaycanın ərazisidir” adı ilə dərc yayılmış məqalələrdə BMT Təhlükəsizlik Şurasının münaqişə ilə bağlı qəbul etdiyi dörd qətnamədə Ermənistan silahlı qüvvələrinin işğal edilmiş Azərbaycan ərazilərindən tam və qeyd-şərtsiz çıxarılmasının tələb olunduğu və bununla belə, Ermənistanın bu tələblərə məhəl qoymayaraq, mülki əhalini hədəf aldığı, vəziyyəti daha da gərginləşdirdiyi barədə məlumat verilir.

Səfirliyin açıqlamasında vurğulanır ki, rəsmi Bakı dəfələrlə Ermənistan qoşunlarının işğal etdiyi Azərbaycan ərazilərində mövcudluğunun münaqişənin həlli üçün başlıca maneə, habelə təmas xəttində insidentlərin baş verməsinə və vəziyyətin gərginləşməsinə səbəb olmasını bildirib.

Eyni zamanda, məlumatlarda Ermənistanın Azərbaycana qarşı hərbi təcavüzündən və Dağlıq Qarabağın Azərbaycanın ayrılmaz hissəsi olmasından bəhs edilir.

Bundan başqa, Azərbaycan Prezidenti, Ali Baş Komandan İlham Əliyevin çıxışları, Xarici İşlər və Müdafiə nazirliklərinin məlumatları, dünyanın nüfuzlu media qurumlarında yayımlanan materiallar da İordaniya mediasında geniş yayılıb.