YENİ AZƏRBAYCAN PARTİYASI

Yeni Azərbaycan Partiyası dünənin, bu günün və gələcəyin partiyasıdır!
ÜZVLƏRİN SAYI : 0
BİZƏ YAZIN

Xəbərlər

“Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” yeni qanun layihəsi müzakirə olunub

Aprelin 7-də Milli Məclisin iqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin iclasında “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” yeni qanun layihəsi müzakirə olunub.

Əvvəlcə deputatlar son günlər cəbhə xəttində baş verən hadisələr, Silahlı Qüvvələrimizin düşmənlə döyüşlərdə göstərdiyi rəşadət və igidlikdən bəhs ediblər.

Komitənin sədri Ziyad Səmədzadə və üzvləri ordumuzu göstərdiyi şücaətlərə, qazandığı qələbəyə görə təbrik edərək bildiriblər ki, bu gün harada yaşamasından asılı olmayaraq hər bir azərbaycanlının ürəyi Vətənlə döyünür.

İclasın gündəliyindəki birinci məsələ “Antidempinq, kompensasiya və mühafizə tədbirləri haqqında” yeni qanun layihəsinin ikinci oxunuşda müzakirəsi idi. Komitə sədri deyib ki, layihənin birinci oxunuşda müzakirəsi zamanı deputatların səsləndirdikləri təklif və tövsiyələrin müvafiq sayılanları sənəddə nəzərə alınıb. Qanun olduqca vacibdir və bu sənəd Azərbaycan Prezidentinin rəhbərliyi ilə ölkədə aparılan iqtisadi islahatların dərinləşməsinə təkan verəcək. Qanun ölkənin və onun istehsalçılarının iqtisadi maraqlarının müdafiəsi məqsədilə yerli istehsal sahəsinə zərər vuran və ya zərərvurma təhlükəsi yaradan dempinqli və ya subsidiyalaşdırılan idxala, həmçinin yerli istehsal sahəsinə ciddi zərər vuran və ya ciddi zərərvurma təhlükəsi yaradan artmış idxala qarşı həyata keçirilən tədbirlərin, o cümlədən antidempinq, kompensasiya və xüsusi rüsumların formalaşdırılması və tətbiqi qaydalarını tənzimləyəcək.

Müzakirələr zamanı sənədin daha da təkmilləşdirilməsi ilə bağlı bir sıra təkliflər səslənib.

Sonra iclasda “Azərbaycan Respublikası Hökuməti ilə Birləşmiş Ərəb Əmirlikləri Hökuməti arasında dəniz nəqliyyatı üzrə institusional əməkdaşlığa dair” Sazişin təsdiq edilməsi haqqında, “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilməsi barədə qanun layihələrinə dair müzakirələr aparılıb.